“Roma”nın türk futbolçusu rəsmən “Verona”da

Futbol üzrə Türkiyə yığmasının müdafiəçisi Mert Çetin İtaliyada iş yerini dəyişib.

Komanda.az xəbər verir ki, “Roma”nın uğurları üçün çalışan futbolçu yeni mövsümdən “Verona”da oynayacaq.

O, paytaxt klubundan satınalma şərti ilə bir illik icarəyə götürülüb. Bu barədə “Verona”nın rəsmi saytı məlumat yayıb.

23 yaşlı futbolçu 2019-cu ildə “Gənclərbirliyi”ndən “Roma”ya transfer olunub. O, daha öncə “Hacettepe” klubunda da forma geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button