Totti artıq bu işlə məşğul olacaq

“Roma”nın sabiq futbolçusu Françesko Tottinin yeni işi məlum olub.

Komanda.az xəbər verir ki, keçmiş yarımmüdafiəçi menecerlik fəaliyyəti ilə məşğul olacaq. Bu barədə Totti rəsmi “tvitter” hesabından məlumat yayıb. Totti özünə menecerlik şirkəti açıb.

İtaliya millisinin keçmiş üzvü futbolçuların menecerliyiylə yanaşı, həm də yeni istedadlı oyunçuların üzə çıxarılmasıyla məşğul olacaq.

Totti, yetirməsi olduğu “Roma”da 24 il forma geyindikdən sonra 2017-ci ildə futbolçu karyerasını başa vurmuş və həmin dövrdən klub strukturunda fəaliyyətə başlamışdı. O, ötən ilin iyulunda klubdakı işindən də ayrılıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button