“Roma” bu gün Lukakunun keçidini elan edə bilər

“Çelsi”nin hücumçusu Romelu Lukaku “Roma”ya keçməyə yaxındır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, İtaliya klubu belçikalı forvardı 5 milyon avroya icarə əsasında heyətinə qatmaq üçün londonlularla danışıqlar aparır.

“Roma” bu gün Lukaku ilə müqavilə imzalamağa ümid edir.

Lukaku ötən mövsümü icarə əsasında “İnter”də keçirib. “Neradzurra”nın heyətində bütün turnirlər daxil olmaqla 37 oyuna çıxan Lukaku 14 qol vurub və 7 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button