“Roma” mənə “qayıt” desə…” – Totti

“Roma” klubunun sabiq futbolçusu Françesko Totti açıqlama verib.

Komanda.az xəbər verir ki, İtaliya mətbuatına danışan 43 yaşlı keçmiş hücumçu, bir daha “Roma”ya qayıtmayacağını deyib:

“Fərqli yol seçdim və bitdi. “Roma” mənə “qayıt” desə, mənim üçün çətin olsa da, qəbul etmərəm. Bir qərar aldım və bundan vaz keçmərəm. Girdiyim yola davam edirəm”.

Totti, yetirməsi olduğu “Roma”da 24 il forma geyindikdən sonra 2017-ci ildə aktiv futbolçu karyerasını başa vurmuş və həmin dövrdən klub strukturunda fəaliyyətə başlamışdı. O, bu ilin iyulunda klubdakı işindən də ayrılıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button