İstək var, pul yoxdur

“Barselona”nın hücumçusu Memfis Depay “Roma”nın maraq dairəsindədir.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, paytaxt təmsilçisi 28 yaşlı niderlandlı futbolçunu transfer etməyə iddialı olsa da, maliyyə məsələlərində problem yaşayır.

“Roma” ildə 7 milyon avro tələb edən futbolçunun maaşını ödəmək gücündə deyil.

Depay 2021-ci ilin iyulunda “Barselona”ya keçib. O, Kataloniya təmsilçisinin heyətində bütün turnirlər daxil olmaqla 41 matçda 14 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button