Robben karyerasını bitirir? – “İşlər istədiyim kimi getmir”

Niderlandın “Qroningen” klubunun futbolçusu Aryen Robbenin zədələndiyini xəbər vermişdik.

Komanda.az xəbər verir ki, 36 yaşlı futbolçu bu ilin sonuna qədər meydana çıxa bilməyəcək. Bu barədə futbolçu klubun rəsmi saytına açıqlamasında deyib. O, karyerasını bitirməyi də istisna etməyib:

“Çox çalışsam da, istədiyim nəticəni ala bilmədim. Qarşıdakı vaxtda da sağalmaq və vəziyyətimi yaxşılaşdırmaq üçün çalışacam. Yeni ildə komandama kömək etmək istəyirəm, amma buna zəmanət verə bilmərəm. İşlər istədiyim kimi getmir”.

Bir illik fasilədən sonra futbola qayıdan Robben iki aya yaxındır ki, zədəlidir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button