
Adı “Epşteyn faylları”nda keçən Riberinin vəkilindən təhdid dolu açıqlama
Fransa millisinin və “Bayern”in sabiq oyunçusu Frank Riberinin adının “Epşteyn faylları”nda hallanması futbol dünyasında böyük rezonans doğurub.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisəyə münasibət bildirən Riberinin vəkili Karlo Alberto Brusa, yayılan məlumatların saxta olduğunu açıqlayıb:
“Bu, yalandır! Sabah Riberinin vəkili kimi çıxış edəcəm, müştərimin və ailəsinin ləyaqətinə toxunan bu saxta xəbərləri yayanları cəzalandırmaq üçün bütün hüquqi tədbirləri görəcəm”.
Yayımlanan fayllarda Riberinin adı üç səhifədə keçib. İddialara görə, onun qurbanı onu qanunsuz fahişəliklə əlaqədə olmaqda günahlandırıb və üçüncü tərəfin Riberinin xahişi ilə həmin şəxsə hücum etdiyini bildirib.
ABŞ Ədliyyə Nazirliyi bir müddət əvvəl cinsi cinayətkar Ceffri Epşteynə aid milyonlarla səhifəlik sənəd, video və fotoşəkili ictimaiyyətə təqdim edərək, illərdir davam edən gizliliyi böyük ölçüdə aradan qaldırıb.
Bizi Facebook-da izləyin



