
Reytinq: “Qarabağ” 3 pillə geriləyib
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.
Komanda.az IFFHS-nin rəsmi saytına istinadən xəbər verir ki, 300 komandanın olduğu siyahıda Azərbaycan təmsilçilərindən “Qarabağ” və “Neftçi” də yer alıb.
“Qarabağ” ötən ayla müqayisədə 3 pillə geriləyib. Ağdam təmsilçisi 138,5 xalla 74-cüdür.
67 xala malik “Neftçi” 4 pillə geriləyərək 291-ci olub.
Reytinqin lideri dəyişməyib. “Real” 315 xalla birincidir. UEFA Çempionlar Liqasının son qalibi “Mançester Siti” 311 xalla ikincidir. İlk 3-lüyü 296 xalla Braziliya təmsilçisi “Flamenqo” qapayır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



