Reytinq: Azərbaycan millisinin mövqeyi dəyişməyib

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin FİFA reytinqində mövqeyi dəyişməyib.

Komanda.az ali futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu komanda 1305,48 xalla 76-cı sırada qərarlaşıb.

Siyahıya İspaniya başçılıq edir. İspanların hesabında 2066,05 xal var. İngiltərə (2021,41) ikinci pilləyə yüksəlib, Fransa (2018,81) üçüncü sıradakı mövqeyində qalıb. Türkiyə isə 1 addım irəliləyərək, 62-ci (1404,24) yerdə qərarlaşıb.

Azərbaycan yığmasıAvropa çempionatının seçmə mərhələsində B Liqasının I qrupunda İsveçrə, Macarıstan və Türkiyə ilə qarşılaşacaq. Qrup oyunları aprel-iyul ayları aralığında keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button