“Mançester Yunayted” Reşforda görə hərəkətə keçib

“Mançester Yunayted” hücumçusu Markus Reşfordla bağlı ilkin danışıqlar aparıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, İngiltərə klubu futbolçunu komandaya qaytarmağa hazırdır.

Reşfordun yeni baş məşqçi Maykl Karrikin rəhbərliyi altında mövsümöncəsi hazırlığa qoşulmağa hazır olduğu bildirilir. Lakin onun növbəti mövsümdə komandada qalacağına dair yekun qərar verilməyib.

28 yaşlı hücumçu 2025/26 mövsümünü icarə əsasında “Barselona”da keçirib. Onun “Mançester Yunayted”lə hazırkı müqaviləsinin müddəti 2028-ci ilin iyun ayınadək qüvvədədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button