Renat Dadaşov “Qrasshoppers”də ilk qolunu vurdu

Futbol üzrə İsveçrə çempionatında 3-cü turun oyunları keçirilir.

Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Qrasshoppers” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə lider “Yanq Boyz”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.

Renat da bu görüşün iştirakçısı olub. O, fasilədən dərhal sonra – 46-cı dəqiqədə meydana buraxılıb. Millimizin hücumçusu meydana çıxandan cəmi 3 dəqiqə sonra – 49-cu dəqiqədə rəqib qapısına yol tapmaqla hesabı bərabərləşdirib. Dadaşov 90+4-cü dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.

“Qrasshoppers” hazırda 4 xalla 10 kollektiv arasında 4-cü pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button