Regekampf: “Üçüncü yer məni qane etmir”

“Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf Azərbaycan Premyer Liqasının 32-ci turunun “Qarabağ”la qarşılaşmasından sonra (2:4) açıqlama verib.

Komanda.az xəbər verir ki, o, oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Bu, futboldur. Bir neçə gün əvvəl xoşbəxt idik. İndi neqativik. Çünki uduzmuşuq. Asan qollar buraxdıq. Belə qollar buraxmaq düzgün deyil. Kifayət qədər güclü, səviyyəli futbolçularımız var. Qırmızı vərəqə haqda danışmağı düşünmürəm. Saldanya qol vurdu. Ondan sonra bir az oyuna geri dönə bildik. Üçüncü buraxdığımız qol da çox asan idi. Rəqibin daha təhlükəli qol epizodları var idi. Onların qarşısını aldıq. Üçüncü qolu vurmaq üçün gücümüz qalmadı. Buraxdığımız dördüncü qolu şərh etmək istəmirəm. Gözəl qol vurdular. Bu gün keçirilən oyunun taleyi belə idi.

Məncə, qarşıdakı matçlar üçün daha yaxşı oynamalıyıq. Səhvlərə nəzər yetirməliyik. Azərbaycan kubokunu qazanmalıyıq. Bu gün daha diqqətli olsaydıq, ilk qolu buraxmazdıq. Höccət Haqverdi arxaya doğru qaçmırdı. Səhvləri qırağa qoysaq, daha yaxşı ola bilərik. 10 nəfərlə 11 nəfərə qarşı oynamaq asan deyil. Üçüncü yer haqda danışmaq istəmirəm. Mövsümün sonunda analizlər aparmalıyıq. Bu, məni qane etmir.

Biz növbəti mövsümə qədər hər şeyi düzgün analiz etməliyik. Bir ay vaxtımız var. Çox əzmkar işləməliyik. Ölkə kubokunun finalına hazır olmalıyıq. Hazırda avrokuboklar haqda sizinlə həmsöhbət ola bilmirəm. Hər birimiz “Qəbələ” ilə keçiriləcək final matçına hazırlaşmalıyıq. Bu, bizim üçün daha vacibdir.

“Rəqib azlıqda qalsaydı, qələbə qazana bilərdiniz, yoxsa yox” sualını indi cavablandıra bilmərəm”.

Rövşən Əlisoy

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button