Rebrov istefa verdi

Ukraynalı mütəxəssis Sergey Rebrov “Əl-Ayn” klubunun baş məşqçisi vəzifəsindən istefa verib.

Komanda.az xəbər verir ki, bu barədə Birləşmiş Ərəb Əmirlikləri klubunun mətbuat xidməti məlumat yayıb.

“Əl-Ayn” Liqa Kubokunun finalında “Şarja”ya uduzub – 1:2.

2021-ci ilin iyunundan Rebrovun çalışdırdığı komanda bu mövsüm Birləşmiş Ərəb Əmirlikləri kubokunun və Super Kubokunun finalında məğlub olub, ölkə çempionatında isə gümüş medalları qazanıb.

Rebrovun tezliklə Ukrayna millisinin baş məşqçisi təyin olunması gözlənilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button