Hazard AÇ-2020-ni buraxa bilər

“Real”ın və Belçika milli komandasının futbolçusu Eden Hazardın yenidən zədələndiyini xəbər vermişdik.

Komanda.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi AÇ-2020-ni buraxa bilər. Bu barədə “Marca” nəşri məlumat yayıb. Hazard yaxın zamanda ayaq biləyindən əməliyyat oluna bilər. Bu baş versə, belçikalı futbolçu azı 4 ay yaşıl meydanlardan uzaq qalacaq.

Hazard əməliyyat olunsa, Belçika yığması AÇ-2020-də onun xidmətindən məhrum qalacaq.

AÇ-2020 keçən ilin yayında keçirilməli olsa da, pandemiya səbəbiylə təxirə salındı. Turnirin bu ilin 11 iyun-11 iyul aralığında 12 müxtəlif şəhərdə keçirilməsi planlaşdırılır. Bu şəhərlər arasında Bakı da var.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button