Pelleqrini İspaniyaya qayıdır – yeni klubu bilindi

“Real”ın sabiq baş məşqçisi Manuel Pelleqrini yenidən İspaniyaya qayıdır.

Komanda.az xəbər verir ki, bu barədə “Radio Marca” məlumat yayıb. Xəbərdə, çilili mütəxəssisin yeni mövsümdə “Betis” klubuna baş məşqçi təyin olunacağı bildirilir. Pelleqrini La Liqa təmsilçisi ilə iki illik müqavilə imzalayacaq.

Pelleqrini daha əvvəl İspaniyada “Real”, “Malaqa” və “Vilyarreal” klublarını çalışdırıb. 66 yaşlı mütəxəssisin son ünvanı İngiltərənin “Vest Hem” klubu olub.

“Betis”i mövsümün sonuna qədər Aleksis Truxilyo çalışdıracaq. Komanda hazırda La Liqada 13-cü sıradadır.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button