“Real”ın müdafiəçisi sıradan çıxıb – 5 aylıq

“Real”ın müdafiəçisi Ferlan Mendi zədə səbəbindən uzun müddət yaşıl meydanlardan kənarda qala bilər.

30 yaşlı futbolçu zədəni “Espanyol”la keçirilən və “kral klubu”nun 2:0 hesablı qələbəsi ilə başa çatan La Liqa matçında alıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Mendiyə cərrahi əməliyyat təklif olunub. O, əməliyyata razılıq versə, onun bərpa müddəti təxminən 5 ay çəkəcək.

Fransalı futbolçu cari mövsümdə La Liqada cəmi 5 oyunda iştirak edib və məhsuldar göstəricilərlə yadda qalmayıb.

Mendi 2019-cu ilin yayından “Real”da çıxış edir. Onun klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin iyununun sonuna qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button