“Hər klubun Halandı istəyəcəyini düşünmürəm”

“Real”ın keçmiş futbolçusu Stiv Makmanaman, norveçli hücumçu Erlinq Halandın (“Borussiya”, Dortmund, Almaniya) sabiq klubuna mümkün keçidi haqda danışıb.

Komanda.az xəbər verir ki, Makmanaman, hər klubun Halandı istəyəcəyini düşünmədiyini deyib:

“Hər klubun Halandı istəyəcəyini düşünmürəm. Məsələn, “Liverpul”. Səbəbi açıqdır – gələcəkdə ola biləcək problemlər. Haland böyük ehtimalla, yüksək məvacib istəyəcək və klub daxilində balans pozulacaq.

Hə, bir də meneceri Mino Rayola var. O da yüksək məbləğdə pul istəyəcək. Hər klub bu şərtlərə razı olmaz”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button