“Betis”ə keçə bilər – “Real”ın hücumçusu

İspaniyanın “Betis” klubu heyətini yeni futbolçuyla gücləndirməyə hazırlaşır.

Komanda.az xəbər verir ki, La Liqa təmsilçisi “Real”dan Mariano Diası heyətinə qatmaq istəyir. Bu barədə İspaniyanın “Marca” nəşri məlumat yayıb. Betis, 26 yaşlı hücumçunu satınalma hüququ ilə birlikdə icarəyə götürmək istəyir.

Diasın “Betis”ə keçməsində tək maneə, hücumçunun Madrid təmsilçisindəki illik məvacibinin 5 milyondan avrodan çox olmasıdır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button