Benzema: “Vacib olan qalib gəlmək idi”

“Real”ın futbolçusu Kərim Benzema Çempionlar Liqasında “Şaxtyor”a (Ukrayna) qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az “Marca” nəşrinə istinadən xəbər verir ki, fransalı hücumçu, 2:1 hesabıyla qələbə qazandıqları matçla bağlı bunları deyib:

“Bizim üçün çətin oyun oldu. Rəqibin yaxşı bir komanda olduğunu bilirdik. Qələbə qazanmaq çətin oldu.

Vacib olan qalib gəlmək idi. Üç gündən bir oyun oynayırıq. Bu, asan deyil. Komanda bir çox oyunları yüksək səviyyədə keçirir. Düzdür, bu matçda kifayət qədər yaxşı oynamadıq. Azarkeşlərimizin möhtəşəm dəstəyi sayəsində qələbə qazanmağı bacardıq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button