“Real”dan ayrılacağımı düşünmürəm” – Hazard

“Real”ın futbolçusu Eden Hazard haqqında çıxan transfer xəbərlərinə münasibət bildirib.

Komanda.az xəbər verir ki, AS nəşrinə danışan belçikalı yarımmüdafiəçi, transfer xəbərlərinin yalan olduğunu bildirib:

“Real”la hələ üç illik müqaviləm var. İngiltərəyə qayıtmağımdan söhbət gedə bilməz. Hamı bilir ki, Madriddəki ilk iki ilim uğursuz oldu. Özümü sübut etmək istəyirəm.

Müqaviləm var. “Real”dan ayrılacağımı düşünmürəm. Yeni mövsümdə “Real”ın uğur qazanması üçün bütün gücümü sərf edəcəm. Mənim planım budur”.

Hazardın “Real”la müqaviləsi 2024-cü ilin yayına qədərdir. 30 yaşlı yarımmüdafiəçi “kral klubu”nda ümumilikdə 43 oyunda 5 qol vurub, 8 məhsuldar ötürmə edib.

Hazardın adı İngiltərənin “Çelsi” və İtaliyanın “Roma” klubu ilə hallanır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button