“Real”ın daha bir futbolçusunda koronavirus aşkarlandı

İspaniyanın “Real” klubunun daha bir futbolçusunda koronavirus aşkarlanıb.

Komanda.az xəbər verir ki, Madrid təmsilçisinin müdafiəçisi Alvaro Odriosolanın da COVİD-19 testi pozitiv çıxıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Futbolçu qaydalara uyğun olaraq karantinə alınıb.

Qeyd edək ki, “Real”da bir neçə gün öncə koronavirusa yoluxan Kərim Benzema sağalaraq komanda ilə məşqlərə başlayıb. Komandanın yeni transferlərindən olan David Alaba isə COVİD-19 testi pozitiv çıxdığı üçün hələ də karantindədir.