
“Real”da gərginlik
İspaniya mətbuatı “Real”ın paltardəyişmə otağında yaşanan problemlərlə bağlı yeni məlumatlar yaymaqda davam edir.
Komanda.az ESPN-ə istinadən xəbər verir ki, daxildə vəziyyət “çox gərgin” kimi qiymətləndirilir.
“Real”ın müdafiəçisi Antonio Rüdiger yaxın zamanda adı açıqlanmayan komanda yoldaşlarından biri ilə ciddi münaqişə yaşayıb. Bundan əlavə, daha üç futbolçunun – Dani Karvahal, Raul Asensio və Dani Sebalyosun baş məşqçi Alvaro Arbeloa ilə münasibətlərinin gərgin olduğu vurğulanır.
“Kral klubu” İspaniya La Liqasında növbəti oyununu sabah keçirəcək. Madrid təmsilçisi səfərdə “Espanyol”la üz-üzə gələcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



