
“Real” bütün günahları baş məşqçilərdə görür
“Real” ardıcıl ikinci mövsümü də uğursuz keçirir.
“Kral klubu” mayın 10-da keçiriləcək “el klasiko”da “Barselona”nı məğlub edə bilməsə, La Liqada çempionluq şanslarını rəsmən itirəcək. Komanda digər turnirlərdə də gözləntiləri doğrultmayıb.
Komanda.az “Onda Cero”-ya istinadən xəbər verir ki, Madrid təmsilçisinin rəhbərliyi uğursuz nəticələrin əsas səbəbini məşqçilər heyətində görür. Klub daxilində hesab edilir ki, komandanın problemlərinin kökü futbolçularda deyil, baş məşqçilər Xabi Alonso (keçmiş) və Alvaro Arbeloanın paltardəyişmə otağında kifayət qədər nüfuz sahibi olmamasındadır.
Arbeloa bu ilin yanvarında istefaya göndərilən Alonsonu əvəz edərək, komandanın “sükanı arxasına” keçib. Bununla belə, rəhbərlik yayda yenidən baş məşqçi dəyişikliyi etməyi nəzərdən keçirir.
Bizi Facebook-da izləyin



