“Real olmaq lazımdır, Xorvatiya reytinqdə hardadır, biz hardayıq” – Müsahibə

Sabah Azərbaycan millisi Bakıda keçiriləcək yoxlama oyununda Litva yığması ilə üz-üzə gələcək.

Komanda.az xəbər verir ki, bu gün Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviçin Litva ilə oyuna həsr olunmuş mətbuat konfransı keçirilib. Xorvatiyalı mütəxəssis mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

  • Xorvatiya ilə oyunda futbolçuların sərgilədiyi oyun pozitiv idi. Ordan yaxşı nəticə ilə çıxmaq şansımız da var idi. Ancaq olmadı. Oyundan sonra bir az məyusluq var idi. Sensasiyalı nəticədən bizi 10 dəqiqə ayırdı. Sabahkı oyun yoxlama görüşü olsa da, bizim üçün vacib qarşılaşmadır. Müsbət nəticə qazanaraq, komandadakı atmosferi yüksək tutmaq istəyirik. Macarıstan və Slovakiya ilə oyunlara inamlı başlamaq üçün sabahkı matçda müsbət nəticə qazanıb, motivasiyalı olmalıyıq. Sabah başqa oyunçulara da şans verəcəm. Meydana Xorvatiya ilə oyundan fərqli heyətlə çıxacağıq.
  • Heyətdə hansı dəyişikliklər olacaq?
  • Bəzi oyunçuları dəyişmək normal haldır. Ona görə yox ki, kiminsə oyunundan narazı qalmışam. Sadəcə, daha gümrah oyunçulara şans vermək, onların “performans”ını görmək istəyirəm. Xorvatiya ilə oyundan sonra bərpa məşqləri keçirmişik.
  • Oyuna iki hücumçuyla başlamaq fikriniz varmı?
  • Heyətdə dəyişiklik olacaq. Ancaq bu dəyişiklik nə dərəcədə olacaq, kimin oynayıb-oynamayacağı bugünkü məşqdən sonra bilinəcək. İki cinah və mərkəzdə bir hücumçuyla da başlaya bilərəm. Ramil Şeydayev də həm mərkəzdə oynaya bilir, həm cinahlarda. Kimə qarşı necə oynayacağımız, rəqibdən asılıdır.
  • Azərbaycan millisinin hücum futbolu oynamaq potensialını görmüsüzmü?
  • Ümid edirəm ki, bunu oynaya biləcəyik. Xorvatiya Litva deyil, Litva Xorvatiya deil. Əsas olan sabit qalmaqdır. Daha çox çalışacağıq ki, top bizdə olsun. Xorvatiya kimi böyük olmayan Litva ilə oyunda komandanı tanıyacam. Sabahkı oyunda əsas məqsədimiz təhlükəli vəziyyətlər yaradaraq, qollar vurmaqdır.
  • Mətbuat konfransı davam edə-edə vərəqdə qeydlər aparmağınız nə ilə bağlıdır?
  • Oyunla bağlı ağlıma gələn kombinasiyaları qeyd edirəm.
  • Azarkeşlərə burdan bir mesaj göndərmək istərdizmi?
  • Dünya ikincisi ilə oynadıq. Real olmaq lazımdır, Xorvatiya reytinqdə hardadır, biz hardayıq. Biz fərqli dünyadayıq. Sıralamada çox aşağılardayıq. Ancaq belə rəqibə qarşı yaxşı oynadıq. Komandada yaxşı atmosfer var. Litva da güclüdür, ancaq Xoratiya deyil. Əlimizdən gələni etməliyik. Yaydakı rəsmi oyunlara qədər müsbət motivasiya yaratmalıyıq.
  • Sabah “çərçivə”ni kim qoruyacaq və komandanın kapitanı kim olacaq?
  • Maksim Medvedev kapitan olacaq. Səlahət Ağayev bizim birinci qapıçımızdır.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button