
“Real” icarədəki futbolçusunu geri çağırmayacaq
“Real” icarə əsasında “Lion”da çıxış edən hücumçusu Endriki geri çağırmağı planlaşdırmır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 19 yaşlı futbolçunun müqaviləsində onun vaxtından əvvəl “Real”a qaytarılmasını nəzərdə tutan bənd mövcud olsa da, “kral klubu” Xabi Alonsonun baş məşqçi postundan ayrılmasından sonra bu maddəni aktivləşdirməyi düşünmür.
Həmin bənd yalnız yanvarın 20-nə qədər qüvvədədir. Bu tarixdən sonra Endrikin cari mövsümün sonuna qədər icarədən geri qaytarılması mümkün olmayacaq.
“Real” rəhbərliyi braziliyalı futbolçunun “Lion”dakı debütündən razıdır. Endrikin özü də yeni komandasında xoşbəxt olduğunu bildirib.
Endrik “Lion”un heyətində ilk oyununa Fransa kubokunun 1/16 final mərhələsində “Lill”ə qarşı çıxıb və həmin matçda vurduğu qol komandasına 2:1 hesablı qələbə qazandırıb.
Bizi Facebook-da izləyin



