
“Real” dünya çempionatını gözləyir – Argentinalı futbolçu üçün
“Real”ın yay transfer dövründə yarımmüdafiə xəttini gücləndirməyi planlaşdırdığı bildirilir. Uzun müddətdir ki, “kral klubu”nun “Çelsi”nin yarımmüdafiəçisi Enzo Fernandeslə maraqlandığı barədə xəbərlər yayılır.
Komanda.az “The Touchline”-a istinadən xəbər verir ki, Madrid təmsilçisi argentinalı futbolçunun transferi üçün bütün imkanlarını səfərbər etməyə hazırdır. Ancaq yekun qərarın qəbulunda əsas amil oyunçunun qarşıdakı dünya çempionatındakı çıxışı olacaq.
Bununla yanaşı, “Real” PSJ-nin yarımmüdafiəçisi Vitinya ilə də ciddi şəkildə maraqlanır. Madrid klubunda Paris təmsilçisi ilə münasibətlərin gərgin olması səbəbindən, bu transferin reallaşma ehtimalı aşağı qiymətləndirilir.
25 yaşlı Fernandesin “Çelsi” ilə müqaviləsinin müddəti 2032-ci ilin ortalarına kimidir. O, son dünya çempionatında turnirin ən yaxşı gənc futbolçusu seçilmişdi.
Bizi Facebook-da izləyin



