“Real” açıqlama yaydı – Çempionlar Liqasının finalı ilə bağlı

“Real” klubu Çempionlar Liqasının finalında – Parisdə “Liverpul”la qarşılaşmanın (1:0) nəticələri ilə bağlı rəsmi saytında açıqlama yayıb.

Komanda.az xəbər verir ki, açıqlamada bunlar qeyd edilib:

“Mayın 28-də “Stad de Frans” yaxınlığında və girişlərində, o cümlədən stadionun daxilində baş verən xoşagəlməz hadisələri nəzərə alaraq, “Real” klubu bu hadisələrdən zərər çəkən azarkeşlərimizin müdafiəsi üçün aşağıdakıları bildirmək istəyir:

Biz bilmək istəyirik ki, finalın keçiriləcəyi yerin bu cür təyin edilməsinə səbəb nə olub və həmin gün baş verənləri nəzərə alaraq hansı kriteriyalar nəzərə alınıb.

Eyni şəkildə, azarkeşlərin yardımsız qalmasına kimin cavabdeh olduğunu müəyyən edəcək cavablar və izahatlar istəyirik.

Başa düşürük ki, matçda iştirak edən bütün azarkeşlər üçün böyük futbol bayramı olmalı olan şey, bütün dünyada dərin hiddətə səbəb olan kədərli hadisəyə çevrildi. Mediadakı fotolardan da aydın olduğu kimi, bir çox fanatlar vəhşi hücumlara, təqiblərə və quldurluğa məruz qalıb. Hətta bəziləri aldığı xəsarətdən xəstəxanada gecələməli olub.

Azarkeşlərimiz cavab almağa layiqdirlər. Belə hallar futboldan və idmandan həmişəlik silinsin”.

Çempionlar Liqasının finalı “Stad de Frans” stadionunda keçirilib. Oyun ingilis klubunun azarkeşləri ilə polis arasında toqquşma səbəbindən 36 dəqiqə gec başlayıb.

UEFA Çempionlar Liqasının finalında baş verənlərlə bağlı müstəqil araşdırma elan edib.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button