Rauf Əliyevin yeni klubu bəlli oldu – RƏSMİ

“Neftçi”nin bir neçə gün öncə müqaviləsinə xitam verdiyi hücumçusu Rauf Əliyevin yeni komandası müəyyənləşib.

Komanda.az xəbər verir ki, 30 yaşlı forvard bundan sonra “Səbail”in uğurları üçün çalışacaq.

Bu barədə paytaxt klubunun mətbuat xidməti məlumatı yayıb. Əliyev yeni klubu ilə mövsümün sonunadək müqavilə bağlayıb.

Qeyd edək ki, Rauf “Neftçi”yə mövsümün əvvəlində keçsə də, klub qışda ondan imtina etdi. Yığmamızın da şərəfini qorumuş futbolçu karyerası ərzində “Qarabağ”, “Bakı”, “Xəzər Lənkəran”, “İnter”, “Kukesi” (Albaniya) və “Qəbələ”də də forma geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button