
“Qəbələ”dən qapıçısı ilə yeni müqavilə
“Qəbələ” qapıçısı Səlahət Ağayevlə müqavilənin müddətini uzadıb.
Komanda.az xəbər verir ki, bu barədə bölgə təmsilçisi məlumat yayıb. Qolkiper daha bir il komandanın formasını geyinəcək.
Səlahət Ağayev “Qəbələ”nin heyətində ümumilikdə 87 oyun keçirib. O, 2022/2023, 2024/2025 və 2025/2026 komandanın uğurları üçün mübarizə aparıb.
Ağayev Azərbaycan milli komandasının heyətində 22 oyuna çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



