“Mançester Siti”də Qvardiola müəmması

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola yayda İngiltərə klubunu tərk etməyi planlaşdırır.

Komanda.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Hazırda “şəhərlilər”in düşərgəsində mütəxəssisin gələcəyi ilə bağlı ciddi qeyri-müəyyənlik mövcuddur. Son qərarın mövsümün sonuna yaxın verilməsi gözlənilir. İspaniyalı mütəxəssis fikrini dəyişərək klubda qalmağa qərar versə belə, 2027-ci ilə qədər qüvvədə olan müqaviləsini yeniləməyəcək.

“Mançester Siti” hazırda Premyer Liqada 24 oyundan sonra topladığı 47 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Komanda həmçinin, UEFA Çempionlar Liqasının 1/8 finalına, İngiltərə Liqa kubokunun finalına və FA kubokunun 1/16 finalına yüksəlib.

55 yaşlı Qvardiola 2016-cı ildən “Mançester Siti”ni çalışdırır. Komanda onun rəhbərliyi altında 6 dəfə İngiltərə çempionu olub, 2 dəfə FA kubokunu, 4 Liqa kubokunu, 3 dəfə İngiltərə superkubokunu qazanıb.

Qvardiolanın komandası 2023-cü ildə isə UEFA Çempionlar Liqasını, UEFA superkubokunu və Klublararası dünya çempionatını qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button