Olmo İngiltərə klubuna keçə bilər

“Barselona”nın yarımmüdafiəçisi Dani Olmo karyerasını İngiltərədə davam etdirə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Mançester Siti” ispaniyalı futbolçuyla müqavilə imzalamaqda maraqlıdır. İngiltərə klubunun baş məşqçisi Xosep Qvardiola yarımmüdafiəçini bu yay komandadan azad agent kimi ayrılacaq Bernardo Silvanın əvəzedicisi kimi görür.

Olmo 2024-cü ildə 61 milyon avroya “Leyptsiq”dən “Barselona”ya keçib. 28 yaşlı futbolçu bu mövsüm Kataloniya klubunun heyətində bütün yarışlarda 47 oyuna çıxıb, 8 qol vurub və 10 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsinin müddəti 30 iyun 2030-cu ilə qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button