Qurban Qurbanovun hesabı
Fəxri Rüstəmli
“Qarabağ”ın Bakıdakı matçının ilk 15 dəqiqəsində sərgilədiyi oyndan sonra yanımdakı həmkara dedim ki, bu komanda nəinki burada, səfərdə də “Ludoqorets”i məğlub edər. Yanılmadım. Hisslərim məni aldatmadı.
Tofiq Bəhramov adına stadiona gələn 30.000 azarkeşin 90 faizi məyus getdi ki, evində uduzan komandanı evində “Ludoqorets” məhv edəcək. Amma onlar Qurban Qurbanovun strategiyasından xəbərsiz idilər… Lakin mən neçəsinə anlatmağa çalışdım ki, nigaran qalmasın “Qarabağ”ın qələbəsindən…
Mənim bildiyim Qurbanov Bakıda rəqibə şans yaratdı ki, “nəyiniz var qoyun ortalığa, baxaq görək nə bacarırsız”. Bəli, adam risk etmişdi. Bakıda “va-bank”a getmişdi, bilərəkdən oyunu qurban vermişdi. Rəqibdə “gedin rahatlaşın, səfərdə udmusuzsa, evdə hay-hay keçərsiz” hissi yaratdı və nəticədə istədiyinə nail oldu.
Belə oyunlarda nəinki bir top, hətta 0:0-ın önəmi çox böyükdür. Amma Qurban Qurbanov hər şeyi hesablamışdı, bircə 7 qoldan başqa…
Bizi Facebook-da izləyin