Qurbanov “Beşiktaş”ın baş məşqçi postuna namizədlər siyahısına başçılıq edir

“Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanov Türkiyənin “Beşiktaş” klubunun baş məşqçi postuna əsas namizəddir.

Komanda.az “Yeni Asır” nəşrinə istinadən xəbər verir ki, İstanbul təmsilçisinin bu vəzifə üçün artıq bir neçə variantı var.

Həmin siyahıya isə azərbaycanlı mütəxəssis başçılıq edir. Bildirilib ki, “ağ-qaralar”ın idman direktoru Samet Aybaba bununla bağlı Qurbanovun özü ilə əlaqə saxlayıb. Aybaba məşqçidən mövsümün sonunda Super Liqada işləmək istəyib-istəmədiyini soruşub. Klub rəhbərliyi hazırkı baş məşqçi Fernando Santosla yayda yollarını ayırmağı planlaşdırır.

Santosun “Beşiktaş”la müqavilə müddəti 2025-ci ilin yayına qədərdir. Komanda hazırda Super Liqada 46 xalla 4-cü pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button