
İddia: Qordon tibbi müayinə üçün Barselonaya gedir
“Nyukasl”ın vingeri Entoni Qordon “Barselona”ya keçməyə yaxındır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ingiltərəli futbolçu tibbi müayinədən keçmək üçün Kataloniyaya yollanır.
Transferdə “Barselona”nın idman direktoru Dekunun mühüm rol oynadığı bildirilir. Həm “Bayern”, həm də “Liverpul” 25 yaşlı vingeri heyətinə qatmaq istəyirdi, ancaq kataloniyalılar portuqaliyalı funksionerin səyləri nəticəsində rəqiblərini qabaqlayaraq transferi sürətlə yekunlaşdırıblar.
Qordonun transfer məbləği 70-80 milyon avro arasında dəyişəcək. “Transfermarkt” portalı isə onun bazar dəyərini 60 milyon avro olaraq göstərir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



