“Qızıl buts” mükafatının qalibi bəlli olu

Avropada “Qızıl buts” mükafatının qalibi məlum olub.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, geridə qalan mövsümdə La Liqada 36 qol vurub, 13 məhsuldar ötürmə edən “Barselona”nın hücumçusu Lionel Messinin “Qızıl buts” mükafatını qazanacağı dəqiqləşib.

Messinin bu yarışda ən yaxın izləyicisi PSJ-dən Kilian Mbappe idi. Fransız hücumçu Liqa 1-in son turunda 1 dəfə fərqlənərək, bu mövsümü 33 qolla tamamlayıb. Messinin digər izləyicisi isə “Sampdoriya”dan Fabio Kvalyarelladır. İtalyan futbolçu bu mövsüm 26 qol vurub. A Seriyasının sonuncu turunda “Yuventus”la matçda 11 qol vuracağı halda Kvalyarella “Qızıl buts” mükafatını qazana bilər, ancaq bu da mümkünsüzdür.

Messi karyerasında 6-cı dəfə “Qızıl buts” mükafatını qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button