“Qaradərili olduğum üçün məni transfer etmədilər”

Hollandiyanın “Ayaks” klubunun qapıçısı Andre Onana üzləşdiyi irqçilik faktlarından danışıb.

Komanda.az xəbər verir ki, kamerunlu qolkiper hətta 2017-ci ildə bir klubun onu qaradərili olduğu üçün transfer etməkdən imtina etdiyini bildirib:

“Ayaks”la ilk mövsümdəcə Avropa Liqasının finalına yüksəldim. Ondan sonra mənim agentim başqa bir klubla danışıqlara başladı. Amma həmin klub bu transferdən son anda imtina etdi. Çünki qaradərili qapıçı ilə azarkeşlər arasında çətinlik yarana biləcəyini düşündülər. Yəni söhbət məni yaxşı qapıçı hesab etməmələrindən getmir. Hollandiya liqasında da irqçiliyə məruz qalıram. Demək olar ki, hər səfər matçında bununla qarşılaşıram. Ancaq bu barədə danışmıram. Məni meymunla bir tutursunuzsa, bu, sizin probleminizdi. Mən isə ağla qara arasında fərq görmürəm”.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button