
“Qarabağ”ın rəqibi onun transferi üçün tələsir
“Napoli” Kobbi Mainunu heyətinə qatmaq üçün ciddi şəkildə hərəkətə keçib.
Komanda.az “Get Italian Football News”-a istinadən xəbər verir ki, “Mançester Yunayted”in 20 yaşlı yarımmüdafiəçisi İtaliya klubuna keçməyə razıdır. O, mövsümün qalan hissəsini A Seriyasında keçirmək variantına müsbət yanaşır.
“Napoli” yanvarda Mainunu icarəyə götürmək istəyir. Klub gənc futbolçu ilə müqaviləni mümkün qədər tez bağlamağa çalışır.
Potensial transfer uğrunda ən önəmli məqam kimi ingiltərəli futbolçunun keçmiş komanda yoldaşları ilə əlaqəsi göstərilir. Mainu artıq “Napoli”də çıxış edən Skott Maktominey və Rasmus Hoylundla eyni komandada oynamaq istəyir. Komandanın son zamanlar digər gənc oyunçuları da heyətinə qatması, yarımmüdafiəçinin qərarına əlavə stimul verib.
“Napoli” rəhbərliyi transferi qısa zamanda yekunlaşdıracağına ümid edir və bunu çempionluq uğrunda mübarizədə vacib addım kimi qiymətləndirir. Komanda “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.
Bizi Facebook-da izləyin



