“Qarabağ”ın oyunu çexiyalı hakimə tapşırıldı

UEFA Gənclər Liqasının əsas mərhələsində “Qarabağ”ın U-19 komandasının İtaliyada “Napoli”yə qarşı keçirəcəyi oyunun təyinatları məlum olub.

Komanda.az xəbər verir ki, qarşılaşmanı Çexiyadan olan hakim Dominik Starı idarə edəcək.

Ona həmyerliləri Lukaş Slavitsek və Jozef Suma kömək göstərəcəklər. Dördüncü hakim funksiyasını isə italiyalı Luka Massimi yerinə yetirəcək.

Qarşılaşma noyabrın 25-də, saat 17:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button