“Qarabağ”ın hücumçusu Fransa klubuna keçir

“Qarabağ”ın hücumçusu İbrahima Vadji Fransanın “Sent Etyen” klubuna transfer olunur.

Komanda.az xəbər verir ki, bu barədə “Ekip” nəşri məlumat yayıb. Seneqallı futbolçu növbəti həftənin əvvəllərində yeni klubu ilə rəsmi müqavilə bağlayacaq. 27 yaşlı Vadjiyə görə “Qarabağ”a 1 milyon avrodan çox pul ödəniləcək. Bura müxtəlif bonuslar daxil deyil.

Vadji ötən gün “Şamaxı”nı 4:0 hesabı ilə məğlub etdikləri Misli Premyer Liqası matçında ehtiyat oyunçular skamyasında yer alıb.

O, “Sent Etyen”in idman direktoru Loik Perren və klubun baş menecerinin müavini Samuel Rustemin diqqətini ötən mövsüm UEFA Konfrans Liqası qarşılaşmalarında cəlb edib.

Vadji “Qarabağ”da 2021-ci ilin yayından çıxış edir.

Hazırda Fransa Liqa 2-də mübarizə aparan “Sent Etyen” mövsümə -3 cərimə xalı ilə başlayıb. Komanda 5 oyundan 3 xal toplayaraq, mənfi saldonu sıfırlasa da, hazırda sonuncu – 20-ci pillədə yer alır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button