“Qarabağ”ın futbolçusu üçün il bitdi

Azərbaycan Premyer Liqasının 16-cı turunda “Neftçi” ilə oyunda zədələnən “Qarabağ”ın futbolçusu Kevin Medinanın durumuna aydınlıq gəlib.

Komanda.az kluba istinadən xəbər verir ki, 29 yaşlı müdafiəçi dörd həftə yaşıl meydanlardan kənarda qalacaq.

Mövsümü vaxtından əvvəl başa vuran kolumbiyalı oyunçunun əzələsində ikinci dərəcəli yırtıq aşkarlanıb. Həmin oyunda xəsarət alan Qara Qarayevin durumu isə ciddi deyil. 30 yaşlı yarımmüdafiəçi artıq komanda ilə məşqlərə qoşulub.

“Qarabağ” “Neftçi”ni 4:0 hesabı ilə məğlub edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button