“Qarabağ”ın rəqibi 4 qolla məğlub oldu

“Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi “Linfild” Şimali İrlandiya Premyer Liqasında növbəti oyununa çıxıb.

Komanda.az xəbər verir ki, Devid Hilinin rəhbərlik etdiyi kollektiv 3-cü tur çərçivəsində “Kolreyn”i qəbul edib. Görüş meydan sahiblərinin 2:4 hesablı məğlubiyyəti ilə başa çatıb. “Linfild”in qollarını Coel Kuper və Şeyn Loveri vurub. Müdafiəçi Rayan Makqivern isə 78-ci dəqiqədə qırmızı vərəqə alıb.

“Linfild” hazırda 3 xalla 8-ci pillədə qərarlaşıb. Komandanın ehtiyatda bir oyunu var.

“Linfild” – “Qarabağ” matçı avqustun 22-də, “Vindsor Park”da keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button