“Qarabağ”dan “Qalatasaray”a: “Azərbaycan – Türkiyə qardaşlığını bir daha dünyaya nümayiş etdirdik”

“Qarabağ” Türkiyənin “Qalatasaray” klubunun Azərbaycana ünvanladığı təşəkkür mesajına cavab verib.

Komanda.az xəbər verir ki, “köhlən atlar”ın rəsmi “tvitter” hesabında klub prezidenti Tahir Gözəlin fikirləri yer alıb.

Tahir Gözəl Prezident İlham Əliyev və xanımı Mehriban Əliyevanın izlədiyi yoldaşlıq matçında tribunalarda 62500 azarkeşin olduğunu vurğulayıb:

“Azərbaycan – Türkiyə qardaşlığını, həmrəyliyini bir daha dünyaya nümayiş etdirdik”.

Gözəl qarşılaşmadan əldə olunan gəlirin Türkiyədəki zəlzələdən əziyyət çəkənlərə göndəriləcəyini xatırladıb:

“Bunun acılarımızı bir az olsun yüngülləşdirəcəyinə ümid edirik. Dəvətimizi qəbul etdiyiniz üçün sizə bir daha təşəkkürümüzü bildiririk. Azərbaycan və Türkiyənin seçilən camiələrinin ən qısa zamanda yenidən bir araya gələcəyinə ümid edirik”.

Bakı Olimpiya Stadionunda keçirilən xeyriyyə qarşılaşması “Qalatasaray”ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button