“Qarabağ” “Pyast”la bacarmadı

Türkiyədə təlim-məşq toplanışında olan “Qarabağ” Antalyadakı hazırlıq prosesi çərçivəsində bu gün üçüncü yoxlama matçına çıxıb.


Komanda.az xəbər verir ki, Qurban Qurbanovun çalışdırdığı Ağdam klubu Polşanın “Pyast” komandası ilə üz-üzə gəlib. Matç 1:1 hesabıyla bitib. “Qarabağ”ın rəqibi qarşısındakı yeganə qolunun müəllifi Araz Abdullayev olub.

“Qarabağ” və “Pyast” komandaları 2013-2014 mövsümündə Avropa Liqasının 2-ci təsnifat mərhələsində də üz-üzə gəliblər. Evdə 2:1 hesabı ilə qalib gələn Ağdam təmsilçisi səfərdə əsas vaxtda eyni hesabla uduzsa da, əlavə vaxtda vurduğu qolla mərhələ adlayıb.

Qeyd edək ki, daha əvvəl Macarıstan “Uypeşt”inə 0:1 hesabı ilə uduzan “Qarabağ”, Çexiya “Bohemians”ını məğlub edib – 3:1. Rumıniya “Botoşani”si ilə görüş isə əlverişsiz hava şəraiti ilə əlaqədar baş tutmayıb.

Yoxlama oyunu
23 yanvar

18:00. Qarabağ – Pyast (Polşa) 1:1

Qol: Araz Abdullayev, 15.
Belek, “Gloria Sports Arena”.

Qarabağ: 13. Vaqner, 2. Q. Qarayev, 4. R. Məmmədov, 6. S. Slavçev, 7. İ. Emeqara, 9. A. Abdullayev, 20. R. Almeyda, 25. A. Aqolli, 30. A. Hüseynov, 52. Y. Jezniçak, 88. R. Məhərrəmli.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button