“Qarabağ” “Səbail”ə qalib gəldi

Növbəti mövsümə hələlik Bakıda hazırlaşan “Qarabağ” və “Səbail” klubları bu gün yoxlama oyununda üz-üzə gəlib.

Komanda.az xəbər verir ki, “Azərsun Arena”da baş tutan qarşılaşmada qapılara bütövlükdə dörd qol vurulub.

Hər biri 30 dəqiqədən ibarət olan iki hissənin sonunda “Qarabağ” 3:1 hesablı qələbəyə sevinib.

Ağdam klubunun heyətində Dani Kintana, Filip Ozobiç və Toral Bayramov fərqlənib. “Səbail”in təsəlli qolunu isə Fəhmin Muradbəyli vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button