“Qarabağ” “Qalatasaray”la oyunun pulunu hesablayır – “Tələsməyək”

“Qarabağ” xeyriyyə oyunu çərçivəsində martın 26-da “Qalatasaray” klubu ilə qarşılaşıb (1:2). Matçın keçirilməsində əsas məqsəd Türkiyədə baş verən silsiləli zəlzələlər nəticəsində əziyyət çəkənlərə dəstək olmaq idi.

“Qalatasaray”la keçirilən yoldaşlıq görüşündən nə qədər gəlir əldə edilib və həmin məbləğ artıq göndərilibmi” sualını “köhlən atlar”ın mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə Komanda.az-a açıqlamasında cavablandırıb:

“Matçdan əldə edilən gəlir hazırda hesablanır. Burada təkcə bilet satışı deyil, reklam və yayım gəlirləri də var. Ona görə, tələsməyək. Hazır olan kimi rəsmi şəkildə açıqlayacağıq”.

Rövşən Əlisoy

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button