“Zirə” “Neftçi”yə, “Səbail” “Sumqayıt”a uduzdu

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 8-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma keçirilib. Turun açılış oyununda lider “Qarabağ” səfərdə “Qəbələ” ilə qarşılaşıb. Ağdam klubu bu oyunda cari mövsümün ilk xal itkisi ilə üzləşib. “Sabah” isə “Keşlə”nin qonağı olub. İlk dövrədə olduğu kimi, bu dəfə də “Keşlə” hesabı açıb. Amma “Sabah” son anda məğlubiyyətdən qaçmağı bacarıb.

Bu gün keçirilən 2 qarşılaşma ilə tura yekun vurulub. Mövsümə uğursuz start verən “Neftçi” “Zirə”ni sınağa çəkib. “Ağ-qaralar” bu oyunda darmadağına seviniblər. Turun son oyununda isə “Səbail” “Sumqayıt”la üz-üzə gəlib. Bu oyun isə qonaqların qələbəsiylə başa çatıb.

Azərbaycan Premyer Liqası, 8-ci tur

19 oktyabr

Qəbələ – Qarabağ 1:1
Qol: Qismət Alıyev, 3 – İsmayıl İbrahimli, 9.
Hakimlər:
Əliyar Ağayev, Akif Əmirəli, Rza Məmmədov, Fərid Hacıyev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Qəbələ şəhər stadionu, 17:00

Qəbələ: 1. Anar Nəzirov (k), 8. Qismət Alıyev, 11. Asif Məmmədov, 7. Roman Hüseynov, 74. Yusif Nəbiyev, 9. Davit Volkov, 3. İviça Zuniç, 10. Klesio Bauk, 77. Merab Giqauri, 21. Fernan Lopes, 2. Amin Seydiyev.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 28. Murad Musayev, 14. Ülvi İsgəndərov, 4. Sadiq Quliyev, 19. Rövlan Muradov, 20. Faiq Hacıyev, 22. Rüstəm Nuriyev.
Baş məşqçi: Azər Bağırov.
Qarabağ: 1. Asmir Beqoviç, 5. Maksim Medvedev, 2. Qara Qarayev, 14. Rəşad Sadıqov (k), 4. Rahil Məmmədov, 10. Dani Kintana, 8. Markos Madera, 17. Abdullah Zubir, 99. Maqaye Qeye, 3. Aylton Silva, 18. İsmayıl İbrahimli.
Ehtiyat oyunçular: 13. Vaqner da Silva, 12. Şahruddin Məhəmmədəliyev, 20. Riçard Almeyda, 6. Simeon Slavçev, 9. Xayme Romero, 21. Hacıağa Hacılı, 71. Toral Bayramov, 29. Musa Qurbanlı.
Baş məşqçi: Qurban Qurbanov.

______________________________________________________________________________

Keşlə – Sabah 1:1
Qol: Vüsal İsgəndərli, 16 – Hendrik Ekşteyn, 90+2.
Qırmızı vərəqə: Filip İvanoviç, 90+3 (ikinci sarı).
Hakimlər
: Kamal Umudlu, Mübariz Haşımov, Pərvin Talıbov, Nicat İsmayıllı
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Asif Əliyev
“ASCO Arena”, 19:15

Keşlə: 1. Stanislav Namaşko, 4. Slavik Alxasov (k), 17. Vüsal İsgəndərli, 2. İlkin Qırtımov, 11. Ruslan Qurbanov, 22. Əfran İsmayılov, 25. Con Kamara, 21. Miyusko Boyoviç, 5. Franko Flores, 9. Lorenzo Frutos, 7. Tural Bayramlı.
Ehtiyat oyunçular: 94. Rəşad Əzizli, 16. Şahin Zəkiyev, 33. Tərlan Quliyev, 3. Cabir Əmirli, 18. Ruslan Əmircanov, 19. Azər Salahlı, 6. Rəşad Sadiqov, 66. Murad Qayalı, 90. Orxan Fərəcov, 91. Samir Abdullayev.
Baş məşqçi: Tərlan Əhmədov.
Sabah: 1. Saşa Stamenkoviç, 19. Təmkin Xəlilzadə, 14. Rəşad Eyubov, 7. Coşqun Diniyev, 15. Ruslan Abışov (k), 17. Məhəmməd Mirzəbəyov, 13. Filip İvanoviç, 23. Amadu Diallo, 27. Hendrik Ekşteyn, 9. Ulise Diallo, 26. Ozan Can Kökcü.
Ehtiyat oyunçular: 71. Dmitri Bezruk, 5. Kərim Diniyev, 22. Məqsəd İsayev, 6. Vadim Abdullayev, 21. Rocer Roxas, 99. Abbas Ağazadə, 20. Anar Panayev, 11. Şakir Seyidov.
Baş məşqçi: Rövşən Babayev.

______________________________________________________________________________

20 oktyabr

Neftçi – Zirə 3:0
Qol: Dario Federiko, 27. Baqali Dabo, 46. Stiven Monroz, 77.
Hakimlər
: Rövşən Rəcəbov, Zeynal Zeynalov, Cavanşir Yusifov, Rauf Allahverdiyev
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Eldəniz Musayev
8-ci km stadionu, 17:00

Neftçi: 1. Səlahət Ağayev, 17. Rəhman Hacıyev, 8. Emin Mahmudov (k), 18. Tural Axundov, 25. Kiril Petrov, 10. Dario Federiko, 9. Baqali Dabo, 36. Mamadu Kane, 6. Voyislav Stankoviç, 28. Stiven Monroz, 5. Anton Krivotsyuk.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 12. Kamran İbrahimov, 7. Namiq Ələsgərov, 19. Rauf Əliyev, 93. Soni Mustivar, 3. Mamadu Mbodj, 11. Evangelos Platellas, 77. Donald Gerye, 26. Ömər Buludov, 33. Turan Vəlizadə, 80. İsmayıl Zülfüqarlı.
Baş məşqçi: Roberto Bordin.
Zirə: 1. Orxan Sadıqlı, 8. İlkin Muradov, 14. Bəxtiyar Həsənalızadə, 7. Cavid Hüseynov (k), 4. Elvin Camalov, 17. Robin Nqalande, 48. Şafik Tiqrudja, 5. Anastasios Papazoğlu, 11. Soni Norde, 6. Alvaro Ampuero, 99. Rafael Məhərrəmli.
Ehtiyat oyunçular: 28. Boyan Zoqoviç, 10. Elvin Məmmədov, 23. Mfo Kqasvane, 70. Nicat Süleymanov, 19. Müşfiq İlyasov, 64. Kənan Cəfərov.
Baş məşqçi: Zaur Həşimov.

______________________________________________________________________________

Səbail – Sumqayıt 0:2
Qol: Peyman Babayi, 47. Elvin Cəfərquliyev, 90+4.
Hakimlər
: Rəhim Həsənov, Namiq Hüseynov, Cəmil Quliyev, Rəşad Əhmədov
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Erkin Hüseynov
“ASCO Arena”, 19:30.

Səbail: 85. Kamal Bayramov, 4. Eltun Yaqublu (k), 7. Fəhmin Muradbəyli, 14. Rahid Əmirquliyev, 10. Ağabala Ramazanov, 32. Elvin Yunuszadə, 34. Ürfan Abbasov, 55. Adil Nağıyev, 22. Mirabdulla Abbasov, 8. Yevgeni Koçuk, 3. Turan Manafov.
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 88. Orxan Qurbanlı, 26. Kamal Qurbanov, 17. Elçin Rəhimli, 5. Vüqar Bəybalayev, 9. Mirsahib Abbasov, 6. Maykl Esyen, 77. Ədilxan Qarəhmədov, 79. Əli Sadıxov.
Baş məşqçi: Aftandil Hacıyev.
Sumqayıt: 1. Mehdi Cənnətov, 3. Vurğun Hüseynov (k), 14. Elvin Bədəlov, 22. Sərtan Taşqın, 6. Vüqar Mustafayev, 90. Rəhim Sadıxov, 10. Əmir Ağayev, 8. Peyman Babayi, 70. Mehdi Şərifi, 5. Camaladdin Xocaniyazov, 28. Səbuhi Abdullazadə.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 12. Nicat Mehbalıyev, 97. Xəyal Nəcəfov, 2. Rail Məlikov, 7. Ehtiram Şahverdiyev, 11. Elgün Nəbiyev, 9. Amil Yunanov, 50. İlqar Qurbanov, 18. Süleyman Əhmədov, 44. Elvin Cəfərquliyev.
Baş məşqçi: Ayxan Abbasov.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button