“Qarabağ” polisə görə cərimə olundu

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Komanda.az xəbər verir ki, bu gün keçirilən iclasda aşağıdakı qərarlar qəbul olunub:

Premyer Liqanın 18-ci turunun “Sabah” – “Səbail” oyununun 15-ci dəqiqəsində “Sabah” klubunun futbolçusu Yevgeni Koçuk kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 1600 manat cərimə olunur;

Xərək daşıyanların yaşı 18-dən aşağı olduğu üçün “Sabah” 800 manat cərimə olunur;

Premyer Liqanın 18-ci turunun “Qarabağ” – “Sumqayıt” oyununda “Qarabağ” klubunun futbolçusu Mahir Emreli qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur;

Oyunöncəsi iclasda polis nümayəndəsi təyin olunan vaxtda iştirak etmədiyinə görə “Qarabağ” klubu 400 manat cərimə olunur;

Premyer Liqanın 18-ci turunun “Qəbələ” – “Neftçi” görüşünün oyunöncəsi iclasında təcili yardım nümayəndəsi təyin olunan vaxtda iştirak etmədiyinə görə “Qəbələ” klubu 400 manat cərimə olunur;

1-ci divizionun 16-cı turunun “Turan Tovuz ” – “Neftçi-2” oyununda “Turan Tovuz” klubunun futbolçusu Veysəl Rzayev qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur;

Meydan sulanmadığına görə “Turan Tovuz” 80 manat cərimə olunur;

Oyunöncəsi iclasda təcili yardım nümayəndəsi təyin olunan vaxtda iştirak etmədiyinə görə “Turan Tovuz” 40 manat cərimə olunur;

“Neftçi-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur;

1-ci divizionun 16-cı turunun “Qarabağ-2” – “Zirə-2” oyununda “Qarabağ-2” klubunun futbolçusu İzzət Müştaqov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur;

“Qarabağ-2” klubunun futbolçusu Şirxan Həsənzadə ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 160 manat cərimə olunur;

“Zirə-2”  klubunun futbolçusu Rüstəm Rüstəmov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur;

1-ci divizionun 16-cı turunun “Sabah-2” – “Səbail-2” oyununda “Sabah-2” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur;

Oyunöncəsi iclasda polis nümayəndəsi təyin olunan vaxtda iştirak etmədiyinə görə “Sabah-2” klubu 40 manat cərimə olunur;

“Səbail-2” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button