“Qarabağ” avtomobil brendi ilə əməkdaşlığa başladı

“Qarabağ” klubu məşhur avtomobil brendi ilə əməkdaşlıq etməyə başlayıb.

Komanda.az xəbər verir ki, Azərbaycanda ilkə imza atan FAW markası əməkdaşlıq müqaviləsinə əsasən “Qarabağ” klubunun tərəfdaşı olacaq. 2 ay əvvəl “Qarabağ” ilə FAW Azərbaycan arasında bağlanmış protokol bu gün qüvvəyə minib.

“Qarabağ” klubunun direktoru Emrah Çelikel bu əməkdaşlıqdan məmnun olduqlarını deyib. O, FAW brendi ilə daha uzun müddətli işləmək və yeniliklərə imza atmağın klub üçün də xoş olacağını söyləyib.

“Qarabağ” komandasının baş məşqçisi Qurban Qurbanov FAW avtomobillərini çox bəyəndiyini bildirib. Təcrübəli çalışdırıcı uzun müddətli əməkdaşlığa inandığını da dilə gətirb.

FAW avtomobillərinin rəsmi distribütoru “Cahan Motors” şirkətidir. Avtomobil şirkətinin direktoru Adil Axundovun dediyinə əsasən, əməkdaşlıq uzun müddətli olacaq və yeniliklərə imza atacaqlar. O, “Qarabağ” klubuna hər mövsüm Çempionlar Liqasında oynamağı arzulayıb.

Avto-salonda FAW-ın “Bestune” və “HongQi” modelləri də mövcuddur. Avtomobillərə 5 il və ya 150 000 km-ə qədər zəmanət verilir. FAW brendi ən qısa zamanda müştərilərin rəğbətini qazanıb. FAW avtomobil sevənləri yeni modelləri ilə sevindirməyə davam edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button