
“Qarabağ” – “Ayntraxt”: 26 mindən çox bilet satılıb
Bakıda “Qarabağ” və Almaniyanın “Ayntraxt” (Frankfurt) komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin oyununa indiyədək satılmış biletlərin sayı məlum olub.
Bu barədə Komanda.az-a klubdan məlumat verilib.
Qarşılaşma üçün hələlik 26500 bilet satılıb.
Oyun bu gün Tofiq Bəhramov adına Respublika stadionunda, saat 21:45-də start götürəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



