“Qarabağ” Antalyaya yollanıb

Azərbaycan Premyer Liqasının lideri “Qarabağ” Türkiyəyə yola düşüb.

Klubdan Komanda.az-a verilən məlumata görə, “köhlən atlar” qış təlim-məşq toplanışı üçün Antalya şəhərinə yollanıb.

Komanda üzvlərini daşıyan təyyarə səhər saatlarında havaya qalxıb.

Ağdam təmsilçisi Antalyada 3 yoldaşlıq oyununda qüvvəsini sınayacaq. Son ölkə çempionu yanvarın 13-də Polşanın “Rakuv” klubu ilə qarşılaşacaq. “Qarabağ” yanvarın 18-də iki görüş keçirəcək. Əvvəlcə Serbiya “Çukariçki”si ilə mübarizə aparacaq. Sonra isə Polşanın digər təmsilçisi “Poqon”u sınağa çəkəcək.

Təlim-məşq toplanışı yanvarın 23-dək davam edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button